Düşmən təxribatı nəticəsində şəhid olan Heydərov Şair Camaloviç Qusarda dəfn olunub.

"Unikal" xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Mucuq kəndində torpağa tapşırılıb.

24 yaşlı Şair Heydərov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Yeni ailə həyatı qurmuşdu.