Erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Azərbaycan ordusunun daha bir hərbi qulluqçusu, 21 yaşlı Elnur Məhərəmov torpağa tapşırılıb.
"Unikal" xəbər verir ki, şəhid Göyçay rayon Şəkər kənd qəbristanlığında dəfn edilib.
Qeyd olunub ki, Azərbaycan Unversitetində oxuyan Elnur təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə gedib.