Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nihad Verdiyev Gəncədə dəfn edilib.
"Unikal" xəbər verir ki, Daşkəsən rayonun Qaraqullar anadan olan 2003-cü il təvəllüdlü şəhidimizin nəşi əvvəlcə şəhərin Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib. Daha sonra o, Gəncənin Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Nihad Verdiyev subay olub. O, Laçın istiqamətində şəhidlik zirvəsinə ucalıb.