Erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun bu gün 3 mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, Xətai rayonunda baş tutan yas mərasimində izdiham yaşanıb.
Valideynini 2 yaşında itirərək uşaqlar evində böyüyən Vətən oğlunun yasında 1 500-dən çox insan iştirak edib.
Qeyd edək ki, əslən Zəngilandan olan Səbuhi Əhmədov 2-ci Fəxri Xiyabanda dəfn olunub.
Müxbir: Ağarza Elçinoğlu
Video: Ayxan Məlikov