Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında erməni təxribatçıları tərəfindən "aksiya" təşkil olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter” hesabında
Videodan da göründüyü kimi erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.
“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”, - Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter” hesabında yazıb.
Les fanatiques arméniens français prennent d'assaut le bâtiment d’@AzAmbassadeFr. Mais laissons des barbares arméniens à côté. Mr. @EmmanuelMacron, honte à la France, qui ne protège pas les ambassades et ignore nos demandes bien fondées liées à notre sécurité pic.twitter.com/hhc4NX999Q
— Rahman Mustafayev (@rahman2609m) September 18, 2022