Niderlanddakı Azərbaycan icması Haaqa şəhərində icazəli piket keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Diaspora Komitəsi məlumat yayıb.
Bildirilib ki, soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.
Piketdə “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!”, “Ermənistan, regionda kommunikasiyaları bərpa et!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənistan, Naxçıvanın blokadasını dayandır!” kimi şüarlar nümayiş etdirilib.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti fəal iştirak edib.