Şirvanda özü özünü yandıran Vətən Müharibəsi iştirakçısı Bakıya göndərilib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, o, 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinə aparılıb.

23:40

Şirvan şəhər sakini özünü yandırmağa cəhd edib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib. Lakin saat 20 radələrində E.Abdiyev şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib və hazırda müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı araşdırmalar aparılır.