"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məlumat verilib.
Qeyd edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri Zibeydə Sadıqovanın səhhətində problem olduğu üçün məhkəməyə gəlməyib. R.Məmmədovun digər vəkilləri Elçin Sadıqov və Pərviz Məmmədov da məhkəmədə iştirak edə bilmir.
Növbəti proses sentyabrın 23-də davam etdiriləcək.