Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb.
"Unikal" xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.
O, qeyd edib ki, görüşdə Yeni Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların vacibliyi vurğulanıb.