Azərbaycanla Ermənistan arasında yolların açılması təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacaq.
"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunda çıxışı zamanı deyib.
O, Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılmasının təxminən 4,5-5 milyard dollarlıq Rusiya sərmayəsinin Ermənistan bazarına daxil olmasına şərait yaradacağını söyləyib.
"Üçtərəfli sazişlərdə nəzərdə tutulan regionda nəqliyyat əlaqələrinin açılması Ermənistanın iqtisadi inkişafı və bura investisiyaların axını üçün yeni imkanlar açacaq",- deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.