ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb.
"Unikal" xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
Bununla da, uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb.
Qeyd edək ki, birjaların böyük hissəsi bu iclasda FED-in 75 baza bəndi artıracağını gözləyirdi. FED bununla da, il ərzindəki 6 iclasın ard-arda beçində uçot dərəcəsini artırıb.