Azərbaycanda mövsümi vergilərin tətbiq edilməsinə baxılır.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır.
S.Musayeva qeyd edib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır: “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümu vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”.