"Əvvəllər belə bir yanaşma var idi ki, maaş və pensiyalar rəsmi inflyasiya qədər konpensasiya olunurdu. Sonra bunu orta aylıq əmək haqqının artım tempinə görə dəyişdilər".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hər iki parametri əsas gətirsələr, ən azından maaş və pensiyalar 15-20 faiz artırılmalıdır:
"Problem ondan ibarətdir ki, maaş və pensiyaların artımı qiymətlərin daha da yüksəlməsinə səbəb olur. Yəni, həmin artım inflyasiyanı konpensasiya etmir. Qiymətlərin yüksəlməsi nəticəsində insanların real gəlirləri daha da azalır. Bunun effektiv həlli yollarından birini hökumətə təklif etmişik. Burada söhbət, ƏDV-nin və gömrük rüsumlarının azaldılmasından gedir. Bu, qiymətlərə daha çox təsir göstərəcək, inflyasiyanın qarşısını alacaq, qiymətlərin ucuzlaşmasına səbəb olacaq".
Anar Kəlbiyev