Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb.
"Unikal" xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,3 faiz artaraq 5 milyard 641,3 milyon manat
olub.
Hüquqi şəxslər tərəfindən əhaliyə 4282,9 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.
Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 560,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 89,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.