Oktyabr ayının əvvəlindən quru quşlarının ov mövsümü başlayacaq.

"Unikal" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O bildirib ki, Azərbaycanda yay mövsümünün isti və quraq keçməsi səbəbilə ölkə ərazisində meşələrdə yanğınlar baş verib:

“Bu səbəbdən ov mövsümünün başlamasını gecikdirməli olduq. Həmçinin ov prosesi zamanı da ocaqların qalanması əlavə yanğınlara səbəb ola bilər. Artıq havaların sərinləşməsi, yağıntının artması imkan verir ki, quru quşlarının ov mövsümü oktyabrın əvvəllərindən başlasın”.