Türkiyəli müğənni Sərdar Ortaç borclarını bağlamaq üçün evini satışa çıxarıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 8 yataq, 4 qonaq və 4 hamam otağı olan malikanəsini 5 milyon dollara satışa qoyub.
Qeyd edək ki, müğənni bir müddət əvvəl Yeni il konsertlərindən qazandıqları pullarla borclarını bağladığını açıqlamışdı.