Birləşmiş Ştatlar BMT vasitəsilə Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərinin onun strukturuna daxil olmasına qarşı çıxacaq və əlavə iqtisadi sanksiyalar tətbiq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jean-Pierre müntəzəm brifinqdə bildirib. 

Onun sözlərinə görə, ABŞ Donetsk və Luqansk ərazilərinə qoşulma prosesini dəstəkləyən “Rusiyaya, habelə Rusiya Federasiyasının daxilində və xaricində fiziki və hüquqi şəxslərə əlavə iqtisadi xərclər qoymaq üçün müttəfiqlər və tərəfdaşlarla” işləyəcək. 

Jean-Pierre vurğulayıb ki, Vaşinqton bütün dünyadan, o cümlədən BMT-dən müxalifəti "səfərbərlik etmək" niyyətindədir.

Gültəkin