İlk öncə Vətən Müharibəsi Qəhrəmanı, kapitan Rəşad Arif oğlu Abdullayevin doğum günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyyətinin başçısı Süleyman Mikayılov Vətən Müharibəsi Qəhrəmanının adını daşıyan küçədə abidəsi ziyarət edilib, şəhidin xatirəsi ehtiramla yad edilib.
"Unikal" xəbər verir ki, daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş,məzarın üzərinə çələng və gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkiblər.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət edib, onları narahat edən problemləri dinləyib. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.