İraqın şimalında 140 kilometr daxildəki bölgədə həyata keçirilən əməliyyat nəticəsində terrorçulara məxsus 16 mağara vurulub.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri sentyabrın 27-də 140 kilometr içəri girərək İraqın şimalındakı Asos bölgəsində terrorçuların 16 mağarasına, sığınacağına və ehtimal edilən komanda məntəqəsinə zərbələr endirib.