BMT baş katibi Antonio Quterreş İrandakı ixtişaşlarla bağlı narahatlığını ifadə edib.
"Unikal" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İranla bağlı bəyanat yayıb. O, ümumxalq etirazları qarşısında Tehran hakimiyyətini “maksimum təmkinli olmağa” çağırıb.
"İrandakı etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından narahatıq"
Quterreş İran hakimiyyətindən etirazçılara qarşı "mümkün qədər təmkinlilik" nümayiş etdirməyi və xalqa qarşı "lüzumsuz və qeyri-insani" repressiyalara son qoymağı tələb edib.
“Baş katib İran təhlükəsizlik qüvvələrindən lüzumsuz və şiddətli gücdən çəkinməyi tələb edib. O, gərginliyin artmasının qarşısını almaq üçün hər kəsi maksimum təmkinli olmağa çağırıb",- deyə, BMT baş katibinin sözçüsü Stiven Ducarik bildirib.
O, daha sonra İranda başlayan etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından getdikcə daha çox narahat olduqlarını vurğulayb.
Gültəkin Əlsəgər