Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və Mədəniyyət müşaviri Şarl Dönie ilə görüş keçiriib.

"Unikal" xəbər verir ki, Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və mütəxəssisi İranə Məmmədcanovanın qatıldığı görüşdə ATMU ilə Fransa Respublikasının universitetləri arasında mümkün əməkdaşlıq imkanları, Beynəlxalq Təhsil layihələrində birgə iştirak, Fransada müvafiq kurs tələbələrindən ötrü istehsalat təcrübəsinin təşkili və sair məsələlər müzakirə olunub.

  O.Musa və  şöbənin mütəxəssisi İ. Məmmədcanovanın Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunan rəhbəri Ufuk Turganer və Təhsil və Mədəniyyət müşaviri Tevfik Ulualla görüşündə isə konkret olaraq  ATMU tələbələrinin Şimali Kipr Türk Respublikasında istehsalat təcrübəsi keçmə imkanları müzakirə edilib.