“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Bu görüşdə sülh müqaviləsinin mətni üzrə substantiv müzakirələr başlamalıdır”.
"Unikal" xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan televiziyaya müsahibəsində deyib.
“Hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi ətrafında substantiv danışıqlara başlamaq lazımdır və əldə olunmuş razılaşmalardan imtina etmirik”, - deyə Nikol Paşinyan vurğulayıb.
Gültəkin