Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli təbii qaz nəqli sisteminin operatorları mavi yanacağın inteqrasiya olunmuş qaz kəmərləri şəbəkəsi vasitəsilə çatdırılması təklifi ilə çıxış ediblər.
"Unikal" xəbər verir ki, bu barədə bəyanatı Rumıniyanın “Transqaz” şirkəti yayıb.
“Bulgartransqaz", "Transqaz", FGSZ və "Eustream" mövcud şəbəkələri vasitəsilə əlavə həcmdə təbii qaz nəql etməklə Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığı genişləndirmək üçün birgə işləməyi təklif edirlər”- bəyanatda vurğulanıb.