"Respublikadan regiona gələcək qazın həcmini Avropa İttifaqı (Aİ) üzvləri özləri paylamalıdırlar".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Euronews Bolqariya telekanalına müsahibəsində bildirib.
Nazir həmçinin bildirib ki, Bakı 2027-ci ilə qədər Avropaya yanacaq tədarükünün həcmini iki dəfə artırmağı planlaşdırır.
“Bizim ideyamız istehsalımızı artırmaqdır. Məqsədimiz 2027-ci ilə qədər bu həcmləri (qaz tədarükü) iki dəfə artırmaqdır. İndi bu həcmlərin müxtəlif Avropa ölkələri arasında necə bölüşdürüləcəyi məsələsini Avropa İttifaqına üzv dövlətlər müəyyən etməlidir”, - Cabbarov bildirib.
Oktyabrın 2-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycandan Bolqarıstan vasitəsilə Serbiyaya qaz nəqli üçün birləşdirici qaz kəmərinin 2023-cü ilin payızında işə salına biləcəyini bildirib. Bir gün əvvəl Türkiyənin “Türkiyə” qəzeti yazıb ki, Azərbaycandan Türkiyə ərazisindən Yunanıstan sərhədinə qədər uzanan Trans-Anadolu qaz kəməri zədələnmiş “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə Avropanın yeganə alternativi olacaq.