"Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir".
"Unikal" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
O qeyd edib ki, bunlardan biri kritik informasiya strukturunun təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir.