"Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır. Proses bu yaxınlarda yekunlaşacaq".
"Unikal" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, bu sahədə fəaliyyət asanlaşacaq: “Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır. Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrastruktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək. Dövlət orqanları tərəfindən xüsusi təhlükəsizlik tələbləri müəyyən olunacaq. Provayderlər işlərini həmin tələblərə uyğun tənzimləyəcəklər”.