"İsrailin müdafiə nazirinin Azərbaycana səfəri yalnız hərbi deyil, eyni zamanda starteji münasibətlərin inkişafı baxımdan da vacibdir".
Bunu "Unikal"a iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, bir sıra xarici dairələrdə ölkəmizə qarşı kampaniyanın aparıldığını nəzərə aldıqda, qarşılıqlı səfərlər xüsusi əhəmiyyət daşıyır:
"Qeyd etmək lazımdır ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur. İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda, bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub. 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 928.4 milyon dollar olub. 2022-ci ilin ilk 7 ayında isə ticarət dövriyyəsi 1.027 milyard dollara çatıb ki, bu da ötənilki illik dövriyyədən də çoxdur. İsrail şirkətləri Azərbaycanın işğaldan azad olunan ərazilərində sərmayə qoyluşuna dəvət olunub. Kənd təsərrüfatı daxil olmaqla fərqli sahələrdə əməkdaşlıqlar nəzərdə tutulur".
Anar Kəlbiyev