ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərə görə, Amerika lideri Kiyevə 625 milyon dollar məbləğində yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb. 

Məlumata görə, söhbət zamanı ABŞ rəhbəri Ukrayna dövlətinə “nə qədər lazımdırsa” dəstək verəcəyini vəd edib. Onun sözlərinə görə, bu yeni hərbi yardım paketinə əlavə silah və avadanlıqlar, o cümlədən HIMARS reaktiv yaylım atəş sistemləri (MLRS), artilleriya sistemləri və döyüş sursatları, zirehli maşınlar daxil olacaq.

Daha əvvəl Wall Street Journal ABŞ administrasiyasının nümayəndələrinə istinadən yazmışdı ki, Bayden administrasiyası Kiyevə hələ də 300 km-ə qədər mənzilli ATACMS (Ordu taktiki raket sistemi) ballistik raketləri təqdim etməyib.

Gültəkin