İran hakimiyyəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd hazırlamayıb. 

"Unikal" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) ABŞ-nin hazırkı administrasiyasına istinadən məlumat yayıb. 

Nəşr iddia edir ki, İran hakimiyyətinin müraciəti tam məxfi yazılı şəkildə ABŞ-yə göndərilib. Bu yolla dövlət hakimiyyəti Tehran və Vaşinqton arasında artan gərginlik dərəcəsini azaltmaq niyyətində olub.

Amerika rəsmilərinin WSJ-yə verdiyi məlumata görə, məktub Trampa qarşı təhdidlərin yolverilməzliyi ilə bağlı Amerikanın xəbərdarlıqlarına cavab idi. Orada ABŞ İranın mümkün sui-qəsd cəhdlərini “hərbi təcavüz aktları” adlandırıb. Öz növbəsində iranlılar respublikaçının rəhbərlik etdiyi Ağ Evin yeni administrasiyası ilə qarşıdurmadan qaçmaq istədiklərini vurğulayıblar.