İstanbulun Esenyurt rayonunda sağlamlıq ləvazimatları istehsal edən fabrikdə yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Yanğınla əlaqədar fabrikdə və ətraf fabriklərdə çalışan işçilər təxliyə edilib. Hadisə yerində tüstüdən təsirlənən 10 adama sağlamlıq qrupları müdaxilə edilib.