Ermənistan səfiri Lilit Makunts Ermənistan və Azərbaycan arasında sülh prosesinin hazırkı vəziyyətini senator Uikerə təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

"Noyabrın 14-də səfir Makunts ABŞ senatoru Rocer Uiker (Respublikaçı, Missisipi) ilə görüşüb. Həmsöhbətlər senatorun rəhbərlik etdiyi ABŞ Helsinki Komissiyasının nümayəndə heyətinin Ermənistana səfəri və son regional hadisələri müzakirə ediblər

O cümlədən, səfir Ermənistan və Azərbaycan arasında sülh prosesinin hazırkı vəziyyətini senator Uikerə təqdim edib", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu