Sabirabadda 16 yaşlı qızın 40 yaşlı kişiyə ərə verilməsi barədə xəbərlər yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov "Unikal"a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılıb:
"Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması müəyyən edilib. Valideynləri isə övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər”.
Fakt polis tərəfindən nəzarətə götürülüb.
Seymur Əli