Qızıl bahalaşıb və bir unsiyasının qiyməti 1730 ABŞ dollarından yuxarı təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,63 % və ya 10,9 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1731,7 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,69 % artaraq 1 unsiyası 20,892 ABŞ dolları təşkil edib.
Birjalar iclası noyabrın əvvəlinə planlaşdırılan ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) pul siyasəti ətrafında perspektivlərini qiymətləndirməkdə davam edir.