Rusiya hücumlarınn davam etdioyi bir vaxtda Ukraynanın paytaxtında diplomatik nümayəndəliklər yenidən açılır.
"Unikal" xəbər verir ki, Yaponiya hökuməti 7 ay sonra Kiyevdəki səfirliyini yenidən açıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu, “Biz Kiyevdəki səfirliyin adekvat təhlükəsizlik tədbirləri ilə fəaliyyətini davam etdirə biləcəyini nəzərə alaraq onun fəaliyyətini bərpa etmək qərarına gəldik", - deyib.
Bildirilib ki, Yaponiya diplomatik nümayəndəliyin açılması ilə G-7 qrupuna daxil olan digər 6 ölkə ilə Ukraynanın yenidən qurulması da daxil olmaqla bəzi sahələrdə əməkdaşlığı genişləndirməyi hədəfləyir.
Mart ayında Yaponiya hökuməti Kiyev səfirliyinin əməkdaşlarını Ukraynanın qərbindəki Lvov şəhərində açdığı müvəqqəti rabitə ofisinə köçürüb. Rusiyanın hücumları gücləndikdən sonra Kiyev səfirliyinin əməkdaşları ölkəni tərk ediblər.
Gülayə Mecid