"Vaşinqton yenidən İrana hücum edərsə, İran ABŞ-yə daha sarsıdıcı cavab verəcək".
"Unikal" xəbər verir ki, bunu İranın SEPAH komandiri briqada generalı Məhəmməd Pakpur deyib.
"Sionist rejimin sağ qalması üçün Amerika xalqının mənafeyini və təhlükəsizliyini talayan axmaq Amerika prezidentinə xəbərdarlıq edirik ki, o, İrana qarşı təcavüzünü təkrar edərsə, daha dağıdıcı və təəssüfləndirici cavab alacaq ki, bu da tarixə dərs olacaq",- general bildirib.
İran ordusu ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq bazar ertəsi axşam Qətərdəki ABŞ hərbi bazasına raket zərbələri endirib. Raketlər bazar ertəsi axşam Qətərdəki ABŞ-nin rəhbərlik etdiyi Əl-Udeid aviabazasına “Fəth xəbərçisi” əməliyyatı çərçivəsində atılıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayaraq, ABŞ-nin Qərbi Asiyada ən böyük strateji aktivi olan ABŞ Mərkəzi Komandanlığının qərargahının vurulduğunu bildirib.
Gülayə Mecid