Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.