İsrail atəşkəsə razılaşıb, lakin istənilən pozuntuya sərt cavab verəcək.

"Unikal" xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi elan edib. 

"Əməliyyatın məqsədlərinə nail olunmasını nəzərə alaraq və ABŞ prezidenti Donald Trampla tam koordinasiya şəraitində İsrail onun ikitərəfli atəşkəs təklifi ilə razılaşıb", - Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

İsrail müdafiə sahəsində göstərdiyi dəstəyə və İranın nüvə təhlükəsinin aradan qaldırılmasında iştirakına görə prezident Trampa və Amerika Birləşmiş Ştatlarına təşəkkür edib. 

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail əməliyyatın bütün məqsədlərinə nail olub və özünə qarşı iki təcili və həyati təhlükəni - nüvə və ballistik raket təhlükələrini aradan qaldırıb.

Ağarza Elçinoğlu