Türkiyənin Adana vilayətində zəlzələ olub.

"Unikal" bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) istinadən xəbər verir.

Bildirilib ki, 4,5 bal gücündə zəlzələnin episentri Adananın Saimbeyli rayonu olub.

Yeraltı təkan yerli vaxtda 07:09-da qeydə alınıb. Zəlzələnin yeraltı ocağı 6,96 kilometr dərinlikdə olub.

Zəlzələnin Saimbeyli rayonunun yaşayış məntəqələrində hiss olunduğu bildirilir.