Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmağa hazırdır, ancaq Rusiya şərtləri ilə.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Mən danışıqlardan danışanda, əlbəttə ki, onların mövzusu dörd yeni subyektin Rusiya Federasiyasına daxil olması ola bilməz, bundan söhbət gedə bilməz. Bu, artıq bizim Rusiyanın bir hissəsidir. Lakin biz növbəti hərbi əməliyyatları dayandırmağa hazırıq, ancaq Rusiyanın təklif edəcəyi şərtlərlə", - deyə Matviyenko qeyd edib.
Ağarza Elçinoğlu