"Rəsmi rəqəmlərdən fərqli olaraq bahalaşma, inflyasiya həmişə artırılan əmək haqqı və pensiyadan üstün olub. Ona görə də fərqlər daha çox ortaya çıxır".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli deyib. Deputat bildirib ki, ərzaq məhsullarının qiyməti hədsiz dərəcədə artıb:
"Bu, insanları çox narahat edir. Ötən dəfə dedi ki, artım 10-40 faiz arasında olsun. Artım hardasa 25 faiz olmalı idi. Müşahidələrimə əsasən, artım 20 faizdən aşağı oldu. Hələ ki, ortada dəqiq rəqəm yoxdur. amma növbəti ildə maaş, pensiya və müavinətlər 30-33 faiz artırılmalıdır. Bununla yanaşı enerji daşıyıcılarının qiymətləri bahalaşmalı deyil. Dövlət tərəfindən müəyyən sahələrə dotasiya ayrılmalıdır. Bu barədə hökumət düşünməlidir. Həmçinin, regionlarda istehsal düzgün təşkil olunmalıdır. Aqrar sahəyə elə bir kreditlər ayrılmalıdır ki, real nəticə versin".
Anar Kəlbiyev