"Bu ilin 7 ayında Azərbaycan ilə Türkiyə arasındakı ticarət dövriyyəsi 3 milyard 376 milyon dollar olub".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 26.0 faiz artım deməkdir.
"Ötən ilin ilk yeddi ayında dövriyyə 2.5 milyard dollar olmuşdu. 2021-ci ildə iki ölkə arasında 4.661 milyard dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Digər tərəfdən, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında əsas ticarət tərəfdaşına çevrilib. Əvvəllər qeyri-neft ixracatında əsas ticarət tərəfdaşımız Rusiya idi. Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki Azərbaycan Türkiyə, bötüvlükdə, Türk dövlətləri arasında iqtisadi əlaqlərin daha da güclənməsinə gətirib çıxaracaq. Regiondakı yeni düzən və dəyişikliklər Türk dünyası üçün yeni imkanlar deməkdir".