Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş naziri Natalya Qavrilitsa ilə görüşüb.
"Unikal" xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "Twitter" hesabında qeyd edib. O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi münasibətlərin inkişafı, investisiya və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycandan bu ölkəyə qaz ixracı barədə fikir mübadiləsi aparılıb.