“Azərbaycanla birlikdə TANAP-ın illik ötürmə qabiliyyətinin ikiqat artırılmasına dair işlərə başladıq”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
O, illik ötürmə qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyarda qaldırılaraq TANAP-ın Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini bildirib.