"Aİ-nin çiçəklənməsi Rusiyadan gələn ucuz enerjiyə əsaslanır və indi enerji mənbələrini Avropa daxilində axtarmaq lazımdır".
"Unikal" xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell Aİ səfirləri ilə görüşdə bildirib .
“Ən yaxşı enerji içəridə istehsal olunan enerjidir. İnsanlar hələ dərk etmirlər ki, Rusiya və Çin iqtisadiyyatımızın inkişafı üçün artıq əvvəlki kimi olmayacaqlar, bu, onun ciddi restrukturizasiyasını tələb edir”.
O, Çin bazarına çıxışın da getdikcə çətinləşdiyini vurğulayıb.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ ölkələrinin liderlərinə məktub göndərib və orada qazın bahalaşmasını yumşaltmaq üçün mümkün paketi müzakirə etməyi təklif edib.
Onun sözlərinə görə, Avropa üçün əsas təchizatçılar ilk növbədə Norveç və ABŞ -dır . Bu ölkələr regiona qaz və mayeləşdirilmiş yanacaq (LNG) ixrac edə bilərlər. Lakin Avropa ölkələri tədarük üçün bir-biri ilə rəqabət apararaq valyuta qiymətlərini süni şəkildə qaldırmamalıdır.
Gültəkin Ələsgər