BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası Nyu Yorkdakı qərargahında öz işini davam etdirib .
"Unikal" xəbər verir ki, növbədənkənar sessiyanın əsas məqsədi Donetsk və Luqansk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində Rusiyaya birləşmək məsələsi ilə bağlı keçirilən referendumları pisləyən qətnaməyə baxmaqdır. Bu həftənin sonunadək keçirilməsi planlaşdırılan sənədə səsvermədən əvvəl bir neçə gün ərzində müzakirələr aparılmalı olacaq.
İndiyədək 67 ölkənin nümayəndəsi iclasda çıxış etmək arzusunu bildirib. Tədbiri Baş Assambleyanın sədri Çaba Kyoryoşinin açacağı, daha sonra Ukraynanın qətnamə təqdim edəcəyi, daha sonra söz Rusiyaya, daha sonra isə Böyük Britaniya , Almaniya , Çin , Səudiyyə Ərəbistanı daxil olmaqla, digər ölkələrə veriləcəyi gözlənilir.
Məlumata görə, BMT Baş Assambleyası ABŞ-ın referendumları pisləyən qətnamə layihəsinə açıq səsvermənin keçirilməsi təklifini təsdiqləyib. Bu təşəbbüs Albaniya tərəfindən həyata keçirilib .
Fevralın sonunda Rusiyanın Təhlükəsizlik Şurasında blokladığı Ukraynadakı vəziyyətlə bağlı qətnamə qəbul edildikdən sonra BMT Baş Assambleyasının xüsusi sessiyası çağırılıb. Martın əvvəlində o, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləyən qətnamə qəbul edib. Martın sonunda xüsusi sessiya öz işini davam etdirib və Ukraynaya humanitar yardımla bağlı yeni qətnamə qəbul edib.
Gültəkin Ələsgər