Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya prezidenti Vladimir Putinin qaz kəmərində "təxribat ehtimalı" ilə bağlı xəbərdarlığından sonra ölkənin "Türk axını"nın öz hissəsində təhlükəsizliyi gücləndirəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür təxribat ölkəyə qaz nəqlini dayandıra bilər. Vuçiç qeyd edib ki, o, Serbiyanın təhlükəsizlik qurumu və polisinə helikopterlərdən istifadə etməklə qaz kəmərinin mühafizəsini təşkil etməyi tapşırıb.
Serbiya lideri “Türk axını”nda təxribat cəhdi ilə bağlı Rusiya tərəfdən əlavə məlumat tələb edəcəyini də bildirib.
Bundan əvvəl Çexiyanın müdafiə naziri Yana Çernoxova bildirib ki, Çexiya ordusu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində təxribatdan sonra respublikadakı strateji obyektlərin mühafizəsini gücləndirib. O, bu barədə Çexiya televiziyasının efirində məlumat verib. Onun sözlərinə görə, bu, ölkənin infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edən sursat anbarlarına və digər obyektlərə aiddir. Çexiya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiyadan Ukraynaya yardım edən ölkələrin müdafiə sənayesini zəiflətmək təhlükəsi var .
Gültəkin Ələsgər