Kanadanın Britaniya Kolumbiyası vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
"Unikal"ın məlumatına görə, bu barədə ölkənin Zəlzələlərə Nəzarət üzrə Dövlət Xidməti bildirib.
Məlumata əsasən, təbii fəlakətin ocağı 10 km dərinlikdə, episentri isə Atlin kəndindən 71 km cənub-qərbdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.