“Rabitəbank” ASC-nin rəhbərlərliyi Amsterdam şəhərində baş tutan “SIBOS-2022” beynəlxalq maliyyə sərgi-konfransında iştirak edirlər. Hər zaman müasir beynəlxalq təcrübələrə yiyələnən Rabitəbank, bu dəfə beynəlxalq əlaqələrini genişləndirmək, müxbir bank şəbəkəsini artırmaq, öndə gedən rəqəmsal həlləri izləmək üçün tədbirdə geniş tərkibdə iştirak edir.

"Unikal" xəbər verir ki, sərgi-konfransda "Rabitəbank"ın təmsilçiləri bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, Baş Direktorlar – Ziya Nuriyev və Ramil Nəsibovdur.

4 gün davam edəcək konfransda bankın təmsilçiləri qlobal maliyyə institutlarının nümayəndələri ilə mühim görüşlər təşkil edib, rəqəmsal bankçılıq, maliyyə texnologiyaları və müxbir hesabları sahəsində əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi və təcrübə bölgüsü edəcəklər. Həmçinin, Aydın Hüseynov bildirib ki, “görüşdə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılaraq beynəlxalq əlaqələlərimizi genişləndirməklə, təcrübələri ölkəmizdə tətbiq etməyi planlayırıq.”
 
Hər il ənənəvi olaraq keçirilən SIBOS, bu həftə 9300-dən çox iştirakçını bir araya gətirib. 1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir, qlobal maliyyə sektorları üçün ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi sahələrində müzakirələr və əməkdaşlıq etmək üçün əsas biznes foruma çevrilib.

Bu ilki “SIBOS” konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT)-dir.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.