“Qızlara, onların təhsilinə və hüquqlarına sərmayə qoymaq ümumi gələcəyimizə sərmayə qoymaqdır”.
"Unikal" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş "Twitter yazıb.
O bildirib ki, qızların inkişafı bütün cəmiyyətin inkişafıdır.
“Gəlin, qızların sağlam, təhsilli və təhlükəsiz olması üçün səylərimizi ikiqat artıraq”, - Baş katib vurğulayıb.
Bildirək ki, 2012-ci ildən etibarən hər il oktyabrın 11-i dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd edilir.