Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, XİN rəhbərinin sözlərinə görə, yalnız razılaşmaları həyata keçirmək qalır.
"Əsas məqamlar üzrə razılıq əldə olunub - onlardan beşi var idi. Bura bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. var idi ki, indi yalnız onları həyata keçirmək qalır", - diplomat bildirib.
O, həmçinin əlavə edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi və Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz: "Biz jestlər edirik. Rəsmi İrəvan bu jestləri qiymətləndirməlidir".
Ağarza Elçinoğlu